Yuxarı

Azərbaycan zabiti çıxmağı tələb etdi, biz isə ruslara dedik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan zabiti çıxmağı tələb etdi, biz isə ruslara dedik

Azərbaycan hərbçiləri Zod ərazisinə daxil olmayıb və erməniləri ərazidən çıxmağa məcbur etməyiblər.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryan deyib.

Xaçatryan bildirib ki, mədənin yerləşdiyi ərazinin yarısı Ermənistan, yarısı isə Azərbaycan ərazisinə düşür. Erməni rəsmisi hətta dövlət sərhədinin mədənin düz ortasından keçdiyini də iddia edib.

“Rusiya şirkəti təhlükəsizliyi təmin etmək üçün ilkin tədbirlər görüb, yola bir nəzarət məntəqəsi qoyulub”, - Xaçatryan qeyd edib.

Onun sözlərinə görə, erməni hərbçiləri həmin mədənin qorunmasında iştirak etməyib:

“Bununla Rusiyanın “Geopromayninq” şirkəti məşğul olur. Azərbaycanlılar çıxmağı tələb etdi, biz də bu barədə ruslara xəbər verdik. Rusların da iştirakı ilə danışıqlar oldu. Danışıqların nəticəsinin necə olduğunu bilmirəm, amma ərazidən bütün hərbçilər çıxdı”.

Bundan öncə Ermənistan MN sərhəddə demarkasiya işlərinə başlanıldığını bildirmişdi.

Qeyd edək ki, bu gün 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Zod (Söyüdlü) qızıl mədəninin ərazisində peyda olduqları ilə bağlı erməni mətbuatı məlumat yaymışdı. Hətta bununla bağlı video da paylaşılmışdı. Qeyd olunurdu ki, Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

Onu da bildirək ki, Zod (Söyüdlü) qızıl mədəni Azərbaycanın Kəlbəcər rayonunda yerləşir.

Bu mədəndə 112,5 ton qızıl ehtiyatının olduğu bildirilir.

Tarix
2020.11.27 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla