Yuxarı

Ermənilər Laçının neçə kəndini boşaldıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Laçının neçə kəndini boşaldıb?

Laçının 50-yə yaxın yaşayış məskəninin əhalisi oranı artıq tam tərk edib.

Axar.az xəbər verir ki, bunu “Laçın icmasının” rəhbəri Narek Aleksanyan deyib.

“Bu günə qədər 47 yaşayış məntəqəsinin əhalisi tam köçürülüb”, - o bildirib.

Onun sözlərinə görə, ərazinin Azərbaycana təhvil verilməsi dekabrın 1-nə təyin olunub və hazırda sakinlərin köçürülməsi prosesi davam edir.

Aleksanyan Laçın şəhərində, eyni zamanda Gorusla sərhəddə yerləşən Zabux və Sus (Sus da Zabux kənd ərazi vahidinə aiddir) kəndlərində sakinlərin qala biləcəkləri haqda məlumat aldığını bildirib:

“Bizə Xankəndidən (keçmiş qondarma "dqr" nəzərdə tutulsa da, konkret ad və ünvan göstərilməyib - red.) bildirildi ki, Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində yaşayanlar hələlik qala və icma kimi yaşaya da bilərlər. İndi sakinlərdən asılıdır – onlar buna könüllü qərar verəcəklər, qalacaqlar, ya yox. Ancaq dəqiqliyini bilmirik. Heç kəs bilmir ki, bir saatdan sonra hansı qərar olacaq”.

N.Aleksanyan icmanın da qalmaması barədə qərar veriləcəyi halda belə köçün çətin olmayacağını vurğulayıb. Bildirib ki, hələ müharibə davam edərkən rayondakı sakinlər, o cümlədən şəhər əhalisinin böyük əksəriyyəti öz əşyalarını da yığışdıraraq, çıxıb gedib.

Qeyd edək ki, ərazisi 1.835 kv/km olan Laçın rayonu 18 may 1992-ci ildə işğal edilib. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi) və 125 kənd var.

Tarix
2020.11.27 / 23:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla