Yuxarı

“Qürurlu” Köçəryan bəs Moskvaya niyə gedə bilmədi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robert Köçəryan erməni ictimaiyyətinin fikrini yayındırmağa çalışır. Özünü erməni xalqının gözündə ideal, Paşinyanı isə aciz göstərməyə çalışır. Paşinyanın acizliyinə bir şey deyə bilmərəm, çünki həqiqətən də o acizdir, lakin bu, Köçəryanın qürurlanmasına səbəb deyil. Paşinyanın yerində o olsaydı, bu gün o da aciz və zavallı bir durumda olardı.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsin şərh edərkən deyib.

O bildirib ki, Robert Köçəryanın mediada yenidən aktivləşməsi onun üzərindən yeni planların qurulduğunu göstərir:

“Robert Köçəryanın “5-ci kanal”a müsahibəsi daha çox Baş nazir Nikol Paşinyan və onun müharibə zamanı etdiyi səhvlər ilə bağlı idi. Lakin burada bir nüans var. Doğrudur, Paşinyan 27 illik danışıqlar prosesini dalana dirənməsində əsas səbəbkardır. Bundan əlavə, Azərbaycanı müharibəyə təhrik edən də odur. Lakin Paşinyanın yerində Sərkisyan və ya Köçəryan olsaydı belə, yenə bu müharibə olacaqdı. Bunu Robert Köçəryan da dolayısı ilə təsdiqləyir. Diqqət etsəniz, Köçəryan daha çox Paşinyanın müharibəni vaxtında dayandırmamasından, ilk hücumlar zamanı verdikləri itkilərdən danışıb. Yəni burdan bu nəticəyə gəlmək olar ki, müharibənin başlanması yox, Azərbaycan Ordusunun ilk zərbələri nəticəsində verdikləri itkilərdən sonra niyə dayanmaması müzakirə edilir”.

Politoloq bildirib ki, Köçəryanın “mən lider olsaydım, müharibə olmayacaqdı” iddiası absurddur:

“Çünki öz-özünü təkzib edir. O deyir: Əliyev mənimlə müharibəyə qərar verməyəcəkdi. Əgər qərar versəydi belə, məğlubiyyətin qarşısını mütləq almaq olardı. Mən məğlubiyyətə gətirib çıxaran kobud səhvlərə yol verməzdim”.

Bu sözlərdən də görünür ki, Köçəryan da müharibənin labüd olduğunu təsdiqləyir. Hakimiyyətdə olsaydı, bu aqibət Köçəryanı da gözləyirdi. Köçəryan hər nə qədər Paşinyandan təcrübəli və hiyləgər olsa da, qarşılarındakı rəqib yenə İlham Əliyev olacaqdı. Bəlkə daha ciddi bir diplomatik rəqabət olacaqdı, ancaq nəticə dəyişməyəcəkdi”.

Politoloq bildirib ki, Köçəryan müharibəni dayandırmaq üçün Moskvaya niyə gedə bilməməsinə aydınlıq gətirsəydi, yaxşı olardı:

“Ona hər cür şərait yaradılmışdı, ancaq son anda məlum oldu ki, onu Kremldə heç kim gözləmir. Buna görə də uçuşa dəqiqələr qalmış koronavirusa “yoluxası” oldu və bu bəhanə ilə Moskvaya getməkdən imtina etdi”.

Tarix
2020.12.05 / 16:51
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla