Yuxarı

Ombudsman Pərviz Həşimovla bağlı MTN-ə müraciət edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ombudsman Pərviz Həşimovla bağlı MTN-ə müraciət edib

"Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə əsasən, "Bizim Yol" qəzetinin əməkdaşı Pərviz Həşimovun ailəsi ilə görüşü, yazışması və istədiyi qəzetlərin ona verilməsi barədə qaldırdığı məsələlərlə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciətində göstərdiyi halların araşdırılması məqsədilə Ombudsman Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müraciət edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları, o cümlədən Milli Preventiv Qrupun üzvü olan həkim 25 sentyabr 2013-cü il tarixində MTN-in Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasında saxlanılan P. Həşimovla görüşüb, saxlanılma şəraiti və vəziyyəti ilə tanış olublar.

Görüş zamanı P. Həşimov saxlanılma şəraiti ilə əlaqədar heç bir şikayətinin, rəftarla bağlı narazılığının və ona qarşı işgəncə halının olmadığını bildirib.

Söhbət zamanı P. Həşimov ona qarşı irəli sürülən ittihamla razılaşmadığını, istintaq hərəkətlərinin sürətləndirilməsini xahiş edib.

Tarix
2013.10.23 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla