Yuxarı

Şurnuxda ermənilər axır ki, bir evi saxladılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şurnuxda ermənilər axır ki, bir evi saxladılar

Sünikin Şurnux kəndindəki 12 ev deyil, 11 ev yanvarın 5-dək Azərbaycanın nəzarətinə keçəcək.

Axar.az xəbər verir ki, bunu Sünikin qubernatoru Məlikset Poqosyan deyib.

“12 evdən yalnız birini saxlaya bildik, qalan 11 ev isə yanvarın 5-də qarşı tərəfə verilməlidir. Hazırda 9 ailə yerləşdirilib, qalanları da yerləşdiriləcək”, - Poqosyan bildirib.

Onun sözlərinə görə, erməni tərəfi bu evləri saxlamaq üçün hər şeyi edib:

“Bütün mümkün sənədlər müzakirə olundu. Danışıqlar rus tərəfinin vasitəçiliyi ilə aparıldı”.

Poqosyan bildirib ki, Şurnuxda 12 ailənin yaşaması üçün modul evlər quraşdırılacaq.

Qeyd edək ki, Ermənistanın Sünik vilayətinin Şurnux kəndində 12 binanın Azərbaycanın ərazisinə düşdüyü təsdiqlənmişdi. Ötən gün Azərbaycan Ordusu ərazidə post quraraq, ermənilərə həmin evləri boşaltmaları üçün yanvarın 5-nə kimi vaxt vermişdi.

Tarix
2021.01.03 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla