Yuxarı

“Azərpoçt”dan yenilik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın "Guidion" şirkəti tərəfindən "Azərpoçt" MMC-nin yeni brend konsepsiyası tətbiq edilir. Bu strategiya "Azərpoçt"un ofislərinin işinin tam yeni formada təmin edilməsini nəzərdə tutur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Şirvanda reallaşdırılan pilot layihə çərçivəsində "Azərpoçt"un poçt şöbələrinin işi və xidmətləri yeni dizaynda, müasir avadanlığın tətbiqi ilə təşkil edilir.

Rebrendinq kampaniyası poçtun imicinin yenidən formalaşması, o cümlədən loqonun dəyişdirilməsi, xidmətlərin müştərilərə yeni formada təqdim olunması məqsədi ilə keçirilir. Ötən il şirkət tərəfindən Şirvanda bu istiqamətdə qiymətləndirmə aparılıb və filialın cari vəziyyəti müəyyən olunub. Daha sonra hesabatlar hazırlanıb. Yeni dizayna əsasən Şirvan filialı tam təmir edilib. Hazırda "Guidion" şirkəti digər işləri həyata keçirir. "Azərpoçt"un rebrendinqi üzrə işlər sentyabrda başa çatacaq.

"Guidion" şirkəti 2013-cü ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender "SECO"nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına "Maliyyə xidmətlərinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində keçirilib.

Tarix
2015.05.24 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla