Yuxarı

Yəhudiləri Azərbaycana bağlayan səbəb – Levin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yəhudiləri Azərbaycana bağlayan səbəb – Levin

Yəhudilər Azərbaycanda yaşayan bir çox millətdən xeyli əvvəl orada məskunlaşıblar.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Asiyanın Yəhudi İcmaları üzrə eksperti və Trüman İnstitutunun elmi işçisi Zeyev Levin deyib.

“Azərbaycanda antisemitizm yoxdur. Ölkə Sovet İttifaqının bir hissəsi olduğu zamanda belə yəhudilər imanlarını etiraf edə bilirdi, icazə var idi. Azərbaycanda radikal islamizm də yayılmayıb, paytaxtda çadranı çıxaran qadının heykəli yerləşir. Azad qadın heykəli 1960-cı illərdə, kommunizm dövründə qoyulub. Amma onun hələ də yerində olması və vandalizm obyektinə çevirilməməsi çox şeydən xəbər verir”, - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Holokostun icbari tədris proqramının bir hissəsi kimi məktəblərdə tədris olunduğu azsaylı müsəlman ölkələrindən biridir:

“Orada 1992-ci ildə baş vermiş Xocalı qətliamı Holokost ilə qarşılaşdırılır. Bundan əlavə, İsrail Azərbaycan Ordusunun silahlandırılmasında və təlimlərində mühüm rol oynayır. İsrail ilə Azərbaycan arasında dostluq yalnız ümumi maraqlara əsaslanmır. Yəhudilər çoxdandır ki, Azərbaycan xalqının bir hissəsinə çevrilib. Lakin ümumi tarixdən əlavə, yəhudi və Azərbaycan xalqlarının texnologiyadan daha güclü ortaq cəhətləri var: baxış bucağının genişliyi və müxtəlifliyi”.

Tarix
2021.01.21 / 13:50
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla