Yuxarı

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana buna görə minnətdarıq - ABŞ

Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

Məlumatda deyilir ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.

“Biz birlikdə hücum qurbanlarını və onların ailələrini, ağlasığmaz təhlükənin qarşısına cəsarətlə çıxan ilk müdaxilə edənləri, eləcə də həmin faciəli gündən sonra həyatı həmişəlik dəyişən hər kəsi xatırladıq.

Həmçinin hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin Birləşmiş Ştatlarla həmrəylik nümayiş etdirdiyini xatırladıq. ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq.

25 il əvvəl terrorçular Amerikanın həyat tərzini təhdid etmək məqsədilə Birləşmiş Ştatlara hücum etdilər. Qaranlığın içindən Amerika xarakterinin əbədi həqiqəti bütün dünyanın görə biləcəyi şəkildə parladı. Terrorçular məqsədlərinə çata bilmədilər — onlar xalqımızın ruhunu sarsıda bilmədilər”, - məlumatda qeyd olunub.

Tarix
2026.09.11 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla