Yuxarı

Səudiyyəyə PUA hücumu: İraqdan sərt reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyəyə PUA hücumu: İraqdan sərt reaksiya

İraq hökuməti Səudiyyə Ərəbistanı ərazisindəki obyektə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu kəskin şəkildə pisləyən rəsmi bəyanatla çıxış edib.

Axar.az xəbər verir ki, bəyanatda krallığın təhlükəsizliyini təhlükə altına ala biləcək və ya iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə zərər vura biləcək hər hansı təcavüz aktının qəbuledilməzliyi vurğulanıb.

İraqın Baş naziri Əli əz-Zeydi dərhal hücumun təfərrüatını araşdırmaq, təşkilatçıları müəyyən etmək və iştirakı olan hər kəsi məsuliyyətə cəlb etmək barədə göstəriş verib.

Vurğulanıb ki, İraq və onun dost dövlətlərlə əlaqələri üçün təhlükə yaradan addımlara "göz yumulmayacaq".

İraq tərəfi həmçinin Ər-Riyada konstruktiv reaksiyaya və təmkinə görə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanının mövqeyi onun regionda sabitliyi və təhlükəsizliyi dəstəkləmək istəyini təsdiqləyir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ölkə ərazisindəki "Şərq-Qərb" neft kəmərinin İraqdan buraxılan dronların hücumuna məruz qaldığını elan edib.

Tarix
2026.09.12 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla