Yuxarı

Futboldan ömürlük uzaqlaşdırıldılar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futboldan ömürlük uzaqlaşdırıldılar

FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası Maldiv və Montserrat futbol federasiyalarının sabiq prezidentləri ilə bağlı ağır cəzalar tətbiq edib

Axar.za Qol.az-a istinadən xəbər verir ki, Maldiv Futbol Assosiasiyasının (FAM) sabiq prezidenti Bassam Adil Cəlil və Montserrat Futbol Assosiasiyasının (MFA) keçmiş rəhbəri Vinsent Kassell futbolla bağlı istənilən fəaliyyətdən ömürlük uzaqlaşdırılıblar. Onların həmçinin hər biri 1 milyon İsveçrə frankı (təxminən 1,05 milyon avro) məbləğində cərimələnib.

Bassam Adil Cəlil FİFA-nın COVID-19 pandemiyası ilə əlaqədar ayırdığı yardım vəsaitlərini şəxsi məqsədlər üçün mənimsəməkdə təqsirli bilinib.

Vinsent Kassell isə vəzifə səlahiyyətlərindən sui-istifadə, sistemli maraqlar toqquşması, FİFA və MFA-nın vəsaitlərindən təyinatı üzrə istifadə etməmək, həmçinin təşkilat əməkdaşlarının fiziki və psixoloji toxunulmazlığına zərər vuran davranışlarda təqsirli bilinib.

Tarix
2026.09.12 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla