Yuxarı

Bakı Transxəzər boru kəmərini canlandırır - Korıbko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Transxəzər boru kəmərini canlandırır - Korıbko

“Dostluq” yatağı ilə bağlı Azərbaycanla Türkmənistan arasında imzalanan memorandum uzun müddətdir ki, müzakirə olunan Transxəzər boru kəmərini canlandırır.

Bu sözləri Axar.az-a amerikalı ekspert Endryu Korıbko deyib.

Onun sözlərinə görə, Xəzərin su hövzəsinin sərhədlərinin müəyyənləşdirilməsi üçün sahilyanı dövlətlər arasındakı əlamətdar 2018 razılaşmasından sonra əvvəlki siyasi maneələr aradan qaldırıldı, bu son müqavilə də bu uğura söykənir:

“Layihənin reallaşması üçün boru kəmərinin tutumu, dəyəri və ətraf mühitə təsiri barədə daha çox araşdırma aparılmalıdır. Bu iki ölkə, məsələn, Rusiya, Türkiyə və AB kimi digər xarici tərəfdaşları bu layihəyə cəlb edə biləcəkləri haqda düşünməyə başlasa, bu, olduqca müsbət bir addım olar”.

Korıbkonun sözlərinə görə, daha böyük tendensiya ondan ibarətdir ki, Azərbaycan həqiqətən 21-ci əsrdə geostrateji gücünə görə ən mühüm dövlətlərdən birinə çevrilir:

“Azərbaycan Rusiya ilə İran arasındakı Şimal-Cənub nəqliyyat dəhlizinin, Çin və Türkiyə arasındakı orta dəhlizdən keçməklə Şərq-Qərb ticarət yollarının mərkəzində yerləşməklə yanaşı, bu vizyonu tamamlamaq üçün enerji sahəsində böyük bir potensiala sahibdir. Ölkə onsuz da Avropa Birliyinin Cənub Qaz Dəhlizinin Şərq lövhəsi kimi fəaliyyət göstərir, xüsusən TANAP bu yaxınlarda başa çatdıqdan sonra onu Türkmənistanla enerji əlaqəsi ilə genişləndirə bilər, hətta potensial olaraq Əfqanıstanla və nəticədə Pakistanla da əlaqələndirilə bilər”.

Tarix
2021.01.21 / 15:41
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla