Yuxarı

Prezidentin SOCAR-la bağlı qərarı: səbəb nədir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:56

SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurasının yaradılması şirkətin gələcək fəaliyyətində çevikliyin, operativliyin, səmərəli idarəetmənin təmin edilməsi baxımından vacibdir.

Bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Prezident İlham Əliyevin imzaladığı fərmanla SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurasının yaradılması haqda danışarkən deyib.

İqtisadçı bildirib ki, Prezident iri dövlət müəssisələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı xüsusi tapşırıqlar verib:

“Həmin tapşırıqlara uyğun olaraq, artıq həm iri şirkətlərdə Müşahidə Şurasının yenilənməsi, həm də səmərəliliyin, şəffaflığın, o cümlədən çevik idarəolunmanın formalaşması ilə bağlı yeni şuraların yaradılması həyata keçirilir. SOCAR-da Müşahidə Şurasının təsis edilməsi Dövlət Neft Şirkətinin fəaliyyətinin genişləndirilməsi və korporativ idarəetmənin formalaşdırılması baxımdan vacib hesab edilir.

Yeni Müşahidə Şurasının təsdiqlənməsindən sonra Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliklə yanaşı, idarəetmədə yeni forma və mexanizmlərin tətbiqi də müşahidə oluna bilər.

Bundan əlavə, Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətində xüsusi bir menencmentin yaranmasına imkan verəcək. Bu, Dövlət Neft Fonduna yeni investisiyanın cəlb edilməsi, eləcə də sərmayəli qoyuluşların artırılmasına zəmin yaradacaq”.

Qeyd edək ki, Prezidentin fərmanına əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin edilib.

Tarix
2021.01.25 / 13:32
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla