Yuxarı

Bill Qeytsdən süni intellektlə bağlı - Çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bill Qeytsdən süni intellektlə bağlı - Çağırış

Süni intellekt (Sİ) sistemlərinin hazırlanması beynəlxalq təşkilatın nəzarəti altında həyata keçirilməlidir.

Axar.az xəbər verir ki, bu fikri amerikalı milyarder, “Maykrosoft” şirkətinin təsisçisi Bill Qeyts deyib.

Onun sözlərinə görə, belə bir qurum nüvə silahlarının yayılmamasına dair rejimə və ya iqlim sazişlərinə əməl olunmasına nəzarət edən təşkilatların, eləcə də beynəlxalq aviasiya tənzimləyicisinin elementlərini özündə birləşdirə bilər.

“İstəyirsiniz ki, siyasətçilər hökumət daxilində ekspertizanı artırsınlar, lakin bu çağırışlar ətrafında bütöv bir institutlar sistemi yaratmaq lazımdır”, - deyə Qeyts bildirib.

O qeyd edib ki, Sİ-nin inkişafı ixtiraların yaradılmasına yanaşmanın özünü dəyişəcək və bu, insanların həyatına köklü şəkildə təsir edəcək.

Bununla yanaşı, iş adamı bir çox insanın baş verən proseslərin əhəmiyyətini anlamamasına, universitetlərin və analitik mərkəzlərin isə müzakirələrə kifayət qədər cəlb olunmamasına təəccübləndiyini bildirib.

Tarix
2026.09.15 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla