Yuxarı

Bayden Qarabağa “erməni təzyiqi” edəcək? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayden Qarabağa “erməni təzyiqi” edəcək? - Video

13:37

Co Bayden administrasiyası nüfuzlu erməni lobbisinin təzyiqi ilə Cənubi Qafqazda sabitliyi pozmağa cəhd göstərə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni prezidentinin erməni lobbisi ilə sıx əlaqələrindən başqa, bu məsələdə regionda sülhün, iqtisadi yüksəlişin, ölkələrin qarşılıqlı fəaliyyətə başlamasının Vaşinqtonun milli maraqlarına cavab vermədiyini də nəzərə almaq lazımdır:

“Ümumiyyətlə, ABŞ-ın postsovet məkanındakı siyasəti əvvəlki kimi qalacaq. Vaşinqton ən zəif bənd olan Ermənistan vasitəsilə regionun sabitliyini pozmağa çalışacaq.

Ermənistanda antirusiya, revanşist qüvvələrin dəstəklənməsi və 10 noyabr tarixində imzalanan üçtərəfli bəyannaməyə yenidən baxılması üçün hər şey ediləcək. ABŞ-a Qarabağda sülh və Rusiyanın hansısa sahədə liderliyi lazım deyil”.

Korotçenko Baydenin Azərbaycana qarşı siyasətində kifayət qədər təmkinli olacağını da əlavə edib:

“Axı Azərbaycan Ermənistan deyil. Ona təzyiq göstərmək mümkün olmayacaq. Bu gün Cənubi Qafqazda yeni həqiqətlər var. Azərbaycan Qarabağ müharibəsində qalib gəlib və ərazi bütövlüyünü bərpa edib. O, Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Həm Azərbaycan, həm ABŞ öz siyasətini həyata keçirəcək”.

Tarix
2021.01.26 / 15:36
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla