Yuxarı

Şəhid qəbirlərini su basır? Mehdiyev məzarlığa getdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin Axar.az-a müsahibəsi:

- Bir neçə gündür Yasamal rayonu ərazisində yerləşən şəhid məzarları ilə bağlı sosial şəbəkələrdə müzakirələr gedir. Siz də həmin ərazidə oldunuz və şəraitlə yerində tanış oldunuz. Necə qiymətləndirirsiniz?

- Şəhid ailələrinin etiraz etdiyi qəbiristanlığa faktı araşdırmaq üçün getdik. Tam neytrallığımı qoruyaraq bir ekspert kimi deyə bilərəm ki, şəhidlərin basdırıldığı yer qəbiristanlığın çuxur yeri deyil, yamacdadır. Və qəbiristanlığın ilk sıralarından bir qədər aşağıdadır. Bel ilə bir qəbrin yanından 30 sm dərinliyində qazdım, yarım saat sonra belə ora su yığılmadı.

Lakin yuxarıda cənazə qoyulmamış bir qəbrin içinə girdim və müəyyən etdim ki, qəbrin 4 tərəfində hörülü olan mişar daşlarının 3-cü sırasından qəbrin içinə yağış suyu axıb. Qrunt sularına qəbrin içində rast gəlmədik. Nəticə budur: qəbirlərin ətrafı sukeçirməz örtüklə bağlanmadığı üçün yağan yağış suyu qəbirlərin içinə sızır.

- İddia olunur ki, qəbiristanlıq ərazisində zibilxana var...

- Biz bu iddianın doğru olmadığını müəyyən etdik. Orda heç vaxt zibillik olmayıb. Ancaq qəbiristanlıq ərazisinin bərpa edilmədiyini, yerli icra strukturlarının bu işə səhlənkar yanaşdığını qeyd edə bilərik. Qəbirlərin bəziləri qara mərmərdən, bəziləri ucuz boz mərmərdən düzəldilib.

- Qəbiristanlıqda olarkən yəqin ki, şəhid ailələri ilə də görüşmüsünüz…

- Görüşdük. Şəhid ailələri ilə apardığımız söhbətlərdən məlum oldu ki, onları narazı salan əsas məsələ su sızması deyil, çünki bunun qarşısını almaq olur. Şəhid ailələri övladlarının II Fəxri Xiyabanda dəfn olunmasını istəyirlər. Onlar düşünürlər ki, belədə şəhidlərə daha çox diqqət olacaq, insanlar onları tanıyacaq.

Nə olursa olsun, şəhid ailələri razı salınmalıdır. Həmin qəbiristanlığa gəldikdə isə, ən qısa zamanda ora mərmərlənməli, qarşısından keçən iri sarı qaz borusunun istiqaməti dəyişdirilməli, girişindəki yarım metrlik divar da ləğv edilməlidir.

Digər həll yolu isə cənazələrin köçürülməsidir (istəyən ailələr üçün). Qəbirlərin köçürülüb-köçürülməməsindən asılı olmayaraq, ora dərhal abadlaşdırılmalıdır.

Tarix
2021.01.28 / 13:26
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla