Yuxarı

Deputatların heykəl qalmaqalının gizli səbəbi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatların heykəl qalmaqalının gizli səbəbi - Foto

Məmməd Əmin Rəsulzadənin Gəncə şəhər, Kəpəz rayonu ərazisində yerləşən abidəsinin üzərindən örtük götürülüb.

Axar.az xəbər verir ki, Milli Məclisdə bununla bağlı açıqlama və reaksiyalar bəhrəsini verib. Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin ötən iclasında M.Ə.Rəsulzadənin heykəlinin üzərinə çuval keçirilməsindən narazılığını dilə gətirmişdi:

"Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin".

Bu çıxışa dərhal reaksiya verən millət vəkili Musa Quliyev həmin parkın Rüstəmxanlının qohumuna, Nəqliyyat Nazirliyinə aid olduğunu demişdi:

"Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin".

Növbəti gün isə bəlli oldu ki, o ərazi Nəqliyyat Nazirliyinin balansından 2014-cü ildə çıxıb və Kəpəz rayon İcra Hakimiyyətinin balansına verilib. Musa Quliyevin belə bir reaksiyası də təsadüfü deyilmiş: məlum olub ki, Kəpəz rayon icra başçısı millət vəkili Musa Quliyevin bacısının həyat yoldaşıdır.

Bütün bu mübahisələr isə nəticədə xoş sonluqla yekunlaşıb. Hazırda abidə təmirdən sonra istifadədədir. Gəncədə yaşayan Azər Allahverdiyev heykəl önündə çəkdirdiyi fotoları Musavat.com saytına da göndərib.

Tarix
2015.06.01 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla