Yuxarı

İrəvanda doğrudanmı qiyam baş verir? - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda doğrudanmı qiyam baş verir? - Kuznetsov

İrəvanda baş verənlərdə hərbi çevrilişin bütün əlamətləri var, amma əslində hər şey daha qəlizdir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

“Ermənilərin tarixində hərbçilərin mülki idarəyə qarşı üsyan qaldırdığı bircə hadisə belə yoxdur. Eyni zamanda, ordunun öz xalqına qarşı hakimiyyətdə olmasına dair bir çox nümunə var. Generallar siyasətə oynamaq deyil, həqiqətən hakimiyyətə gəlmək istəsəydilər, düşünürəm ki, o zaman Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi öz ətrafında 30-50 qətiyyətli zabit toplaya bilərdi. Onlar hər hansı küçədə Baş nazirin kortecini ələ keçirib mühafizəçilərini tərki-silah edə və ya vura bilərdi. Paşinyanın özünü isə ölkədə hakimiyyətin mülki administrasiyadan hərbiyə keçməsinin müəyyən müddətə legitimləşdirilməsini təmin etmək üçün ya aradan qaldıra, ya da girov götürə bilərdilər”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyanın “İsgəndər” sistemi ilə bağlı açıqlamasını qeyri-ciddi sayan Baş Qərargah rəisinin müavini Xaçatryanı ötən gün vəzifədən azad etməsi əks-reaksiya doğurub. Baş Qərargah rəisi və 40 yaxın yüksək çinli zabit bu gün bəyanat yayaraq, Nikol Paşinyanın istefasını tələb edib.

Nikol Paşinyan isə bunu hərbi qiyam cəhdi kimi qiymətləndirərək, Baş Qərargah rəisi və müavinlərinin vəzifədən azad edilməsi üçün təqdimatı prezidentə göndərib, ardınca isə 16:00-a Respublika meydanına mitinq təyin edərək, xalqı hakimiyyəti müdafiə etməyə çağırıb.

Müxalifət isə Baş Qərargaha dəstək verib və 15:00-a Azadlıq meydanında mitinq keçirib.

Hazırda hər iki mitinq başa çatıb: Paşinyanın tərəfdarları ilə birgə İrəvan küçələrində yürüşü başlayıb, müxalifət isə parlamentin önünə doğru yürüş edir.

Bu gün 18:00-da parlamentin növbədənkənar toplantısı keçiriləcək.

Müxalifət Azadlıq meydanında oturaq aksiyaya başlayacağını da bildirib.

Tarix
2021.02.25 / 17:36
Müəllif
Əli, Xədicə
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla