Yuxarı

Prokurorluq DİA ilə memorandum imzaladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq DİA ilə memorandum imzaladı - Foto

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Baş Prokurorluğun Elm-Tədris Mərkəzində olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbir çərçivəsində akademik Urxan Ələkbərov ilə Baş prokurorun müavini Elmar Camalov arasında görüş keçirilib.

Görüşdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə iştirak ediblər.

Daha sonra qonaqlar Baş Prokurorluğun yeni istifadəyə verilmiş inzibati binalar kompleksi, o cümlədən Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, mühazirə, praktiki məşğələlər və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Bundan əlavə, Elmar Camalov və akademik Urxan Ələkbərov Elm-Tədris Mərkəzinin kollektivi ilə görüşdə çıxış ediblər.

Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, tədris-metodiki vəsaitlərin və mətbu nəşrlərin hazırlanması, hüquq tətbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədilə birgə elmi-praktiki araşdırmaların aparılması və sair məsələlər üzrə geniş və səmərəli əməkdaşlığı əhatə edir.

Tarix
2021.03.03 / 19:39
Müəllif
Axar.az
Digər xəbərlər

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla