Yuxarı

PKK silahı birdəfəlik yerə qoyur – Barışıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK silahı birdəfəlik yerə qoyur – Barışıq

"İmralı təcridxanasında saxlanılan Öcalan hazırkı proseslərin gedişatında kürdlərlə bağlı məsələdə bir növ zəmanətçi rolunu oynayır".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşavirinin sözlərinə görə, PKK silahı bundan sonra da yerə qoymasa, o zaman bunun bədəlini ödəyəcək:

"Bundan öncəki danışıqlarda qərara alınmışdı ki, əgər kürd prosesində irəliləyiş əldə edilsə, yəni kürdlər səsli mübarizə üçün parlamentdə meydan qazansa, o zaman PKK silahı yerə qoyacaq və istəyənin Türkiyəyə, istəməyənin isə Avropaya keçməsinə şərait yaradılacaq. Yəni Qəndil dağlarındakı PKK təşkilatı silahlılardan tamamilə təmizlənəcək. Türklərin tələbələrinin demək olar ki, böyük bir hissəsi yerinə yetirilib. Ancaq bu dəfə kürdlər ömürlərində görmədikləri bir şeyi - parlamentdə söz haqqı qazanıblar. Əgər bu şəraitdə də PKK silahlı mübarizəni davam etdirə, Türkiyənin Cənub Şərqində silahlı hərəkatlara meyllənə və əraziləri terror qorxusu altında saxlamağa çalışarsa, sözsüz ki, hökumət nəinki HDP-yə, həm də PKK-ya qarşı silahlı mübarizəyə yenidən təkan verə bilər. Ancaq kürdlər bu seçkilərdən sonra xeyli sakitləşəcəklər. Böyük ehtimalla, PKK silahı yerə qoyacaq. Bir sözlə, növbə kürdlərindir, edilən siyasi güzəştlərin və yaradılan demokratik mühit fonunda özlərini sübut etməlidirlər".

Politoloq yaranmış şans fonunda kürdlərin muxtariyyət məsələsinin yenidən gündəmə gəlməsinə də aydınlıq gətirib:

"Bu, çox böyük qlobal məsələdir. Prosesin arxasında Amerika dayanır. Amerika kürdlərə Kürdüstan dövləti sözü verib. Bildiyiniz kimi, kürdlər hazırda İran, İraq, Suriya, Türkiyənin cənub-şərqinə kimi səpələniblər. Kürd birliyi və sözügedən ərazilərdən ibarət bir dövlətin yaradılması asan məsələ deyil. Bu, ən azından güclü dövlətlərin maraqlarına toxunur. Əgər Amerika qaşınmayan yerdən qan çıxarmaq istəsə və bu işə girişsə, onda İran, İraq, Suriya, Türkiyə və Ərəb ölkələrini qarşısına almalı olacaq. Ona görə də sözügedən məsələ heç arzulanan deyil".

Tarix
2015.06.10 / 09:43
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayramov Rusiyaya gedəcək - Səfər tarixi...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Sabir Rüstəmxanlı və xanımı PA-da - Görüş keçirildi

Britaniyanın yeni səfiri Bakıda - Video

Kənd təsərrüfatı məhsulları ucuzlaşacaq?

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

AXC-nin yaradılması dövlətçilik tariximizdə... - Deputat

Azərbaycanda iki rəis vəzifəsindən azad olundu

Azərbaycanla Rusiya diplomatları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla