Yuxarı

“Çıraqov və başqaları Ermənistana qarşı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Çıraqov və başqaları Ermənistana qarşı”

"10 illik mübarizədən sonra Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gözlədiyimiz ədalətli qərarı verdi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Azay Quliyev çıxış edib. Onun sözlərinə görə, AİHM bu qərarla Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını rəsmən təsdqilədi:

"İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı" şikayət ərizəsi üzrə çıxartdığı qərarı alqışlayıram. 10 illik mübarizədən sonra AİHM gözlədiyimiz ədalətli qərarı verdi. İlk dəfədir ki, AİHM rəsmi qərarı ilə Azərbaycanın ərazisinin, Laçının işğalı faktını tanımış və oradan zorla qovulmuş sakinlərin Avropa İnsan Haqları Konvensiyasının müxtəlif maddələri, xüsusilə mülkiyyətin və şəxsi həyatın toxunulmazlığı üzrə hüquqlarının pozulduğunu qeyd edib. Bu qərarın çox böyük hüquqi və siyasi əhəmiyyəti var. Belə ki, AİHM bu qərarla Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalını rəsmən təsdiqləmiş oldu. Şübhəsiz ki, bu qərar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həllində Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Belə bir ədalətli və obyektiv qərar çıxaran hakim heyətinə, xüsusilə Azərbaycan tərəfindən bu işin uğurla başa çatmasını böyük peşəkarlıq və səbrlə təmin edən komandaya, bir sözlə, zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm".

Tarix
2015.06.17 / 15:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla