Yuxarı

“İsgəndər” etirafını edən Akopyana cinayət işi açılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İsgəndər” etirafını edən Akopyana cinayət işi açılır

Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, polkovnik-leytenant Movses Akopyana qarşı ittiham elan olunub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Akopyan Milli Təhlükəsizlik Xidmətində dindiriləndən sonra ona ittihamın elan olunduğu açıqlanıb. Erməni zabit dövlət sirrinin yayılmasında ittiham olunur.

Qeyd edək ki, M.Akopyan əslən Xocavənd rayonundandır və Qarabağ klanının aktiv üzvlərindəndir. Qondarma “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini olmuş Akopyan sonradan Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, 44 günlük müharibə zamanı isə Ermənistan Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin rəisi olub. Sonradan istefa verən A.Akopyan Ermənistan ordusunu savaşla bağlı 100 faiz yalanlar yaymaqda ittiham etmişdi.

İstefasından bir gün sonra, 19 noyabrda isə M.Akopyan sensasion açıqlama ilə çıxış etmişdi. O, mətbuat konfransı keçirərək Ermənistan Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İsgəndər” operativ-taktiki raketləri tətbiq etdiyini bildirmişdi. Mətbuat konfransında jurnalistlər ondan müharibə zamanı Ermənistanın niyə “İsgəndər” komplekslərini tətbiq etmədiyini soruşarkən Akopyanın cavabı belə olmuşdu: “Tətbiq edilib, amma deyə bilmərəm hansı istiqamətdə”.

Sonradan məlum oldu ki, Ermənistan “İsgəndər”i Şuşa istiqamətinə atıb. Görünür, M.Akopyan məhz “İsgəndər” sirrini yaydığı üçün ittihama məruz qalıb.

Tarix
2021.05.03 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla