Yuxarı

Azərbaycanlılara hücum: baxın, ermənilər sevinir - Sxvediani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılara hücum: baxın, ermənilər sevinir - Sxvediani

Aydın məsələdir ki, müəyyən qüvvələr sadə bir məişət qalmaqalını şişirdərək böyük bir qarşıdurmaya çevirmək niyyətindədir.

Bu sözləri Axar.az-a gürcü politoloq, “Kommentari” jurnalının redaktoru Vladimir Sxvediani Dmanisidə Svanetidən olan eko-miqrantlar – svanların yerli azərbaycanlılara hücumu haqda danışarkən deyib.

“İşsiz gənclər çoxdur. İçiblər, davam etməyə pul olmayıb, içki tələb etmək üçün mağazaya gediblər. Bu, birmənalı olaraq cinayətdir. Ancaq bəzi insanlar bunu millətlərarası qarşıdurmaya çevirmək istəyirlər. Və təəssüf ki, uğur qazanırlar... ” - deyə həmsöhbətimiz vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, Dmanisidəki hadisədən sonra erməni sosial şəbəkələrində hadisənin şərh olunmağa başladığını da qeyd etmək lazımdır:

“Və ermənilər açıq şəkildə sevinirlər. Bütün bunların kimə faydalı olduğu aydındır. Onlara sevinmək üçün səbəblər verməyə ehtiyac yoxdur. Polis milliyyətindən asılı olmayaraq, günahkarları cəzalandırmalıdır. İnsanları dəyənəklə döymək və bir mağazanı dağıtmaq cinayət əməlidir”.

Qeyd edək ki, ötən gün svanlar azərbaycanlılara hücum edərək, döyüb və azərbaycanlı sahibkarın mağazasına zərər yetirib.

Bu gün isə Dmanisi küçələrində svanlar azərbaycanlılara yenidən hücum edib.

Tarix
2021.05.17 / 15:16
Müəllif
Əli, Rəfiqə
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla