Yuxarı

Zakir Həsənov: “Bu siyasətimiz nəticə vermir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov: “Bu siyasətimiz nəticə vermir”

"Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticə vermir, çünki erməni tərəfi beynəlxalq səviyyədə qəbul edilən qərar və qətnamələrin tələblərini yerinə yetirmir".

Axar.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.

"Silahlı Qüvvələrin 2014-cü və 2015-ci illərdəki fəaliyyətinə nəzər yetirsək görərik ki, cəbhədə ermənilərin təxribatına layiqli cavab verilib və bundan sonra da bütün təxribatların qarşısı inamla alınacaq", - deyə o vurğulayıb.

Cəbhəboyu təşəbbüsün tam olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərəfində olduğunu deyən nazir bildirib ki, günü-gündən möhkəmlənən ordu müqəddəs vəzifəni qısa bir müddətdə yerinə yetirəcək. O qeyd edib ki, il ərzində Silahlı Qüvvələrdə modernizasiya məsələləri, döyüş hazırlığı, sosial bazanın gücləndirilməsi istiqamətində böyük işlər həyata keçirilib: "Mütəmadi olaraq döyüş atışlı təlimlərin icra edilməsi bir daha döyüş hazırlığının yüksək səviyyədə olmasının sübutudur".

Tarix
2015.06.27 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin bu təklifi ilə dərhal razılaşdım - Pelleqrini

Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla