Yuxarı

Ərdoğan və Əliyevin Şuşa səfəri İrəvanda panika yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyevin böyük heyətlə Şuşaya səfər etməsi, Ərdoğanın təntənəli rəsmi mərasimlə qarşılanması və iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Ermənistanda şok effekt yaradıb.

Axar.az xəbər verir ki, siyasi qüvvələr arasında kəskin təhqirlər, şantaj və kompramat savaşları ilə müşayiət olunan növbədənkənar parlament seçkisinin qızğın çağında, böyük iqtisadi çöküş və siyasi xaos yaşayan Ermənistan bu səfər və burda imzalanan sazişlərə, bəyanatlara isterika ilə reaksiya verib.

Ermənistan XİN tarixi Azərbaycan şəhəri olan Şuşaya bu səfəri nədənsə “düşmənin provokasiyası” adlandırıb və Şuşaya iddiasını bir daha səsləndirib. Bu fakt isə Ermənistanın tam mənası ilə panikaya düşdüyü, 10 noyabr bəyanatına ziddi açıqlama yaymasının fərqində olmadığını bir daha təsdiqləyir.

Ermənistan XİN-in heç bir səbəb olmadan Şuşada düzənlənən bu mərasimi “erməni soyqırımı” kimi uydurma bir tarixlə əlaqələndirmə cəhdi isə bu açıqlamanı yayanların şokda olmasının sübutudur.

Bu səfərin və Şuşa Bəyannaməsinin Ermənistana qarşı olmadığını İrəvan da çox gözəl anlayır. Ancaq onu da yaxşı bilir ki, bu bəyannamə ilə Ermənistanın işğalçılıq siyasətinin davam edəcəyi haqda ehtimalların üzərindən daha bir xətt çəkildi, Türkiyə artıq Qarabağın da qarantı rolunda çıxış edir və bundan sonra iki qardaş ölkədən hər hansı birinə qarşı hərbi müdaxilə hər iki ölkəyə müdaxilə demək olacaq. Beləliklə, Şuşa Bəyannaməsi – 10 noyabrda basdırılan Dağlıq Qarabağ probleminin meyitinə verilən “son fatihə”dir.

Təsadüfü deyil ki, Ermənistan XİN açıqlamanın sonunda ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə “nizamlama prosesi”ndən yana olduğunu bəyan edib. Çünki artıq heç bir “nizamlama prosesi” olmayacaq, nizamlama başa çatıb və Şuşa Bəyannaməsi Azərbaycanın bu qəti mövqeyinin siyasi təntənəsidir!

Erməni mediası və sosial şəbəkələrində isə ən ciddi müzakirə olunan məsələ Şuşa Bəyannaməsinin tarixi Qars müqaviləsinin 100 illiyində verilməsi, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinin ən üst səviyyədə rəsmiləşməsi, Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin tələbkar istəyidir.

Bir müddət öncə erməni tarixçilər Qars müqaviləsinin guya 100 ildən sonra qüvvədən düşəcəyi barədə cəfəng ehtimallar irəli sürmüş və hətta Rusiya dövlət arxivinə də müraciət etmişdilər. Rusiya XİN isə bu müqavilənin hər hansı müddətinin olmadığı barədə rəsmi açıqlama verməyə məcbur olmuşdu.

Şuşa Bəyannaməsinin Qars müqaviləsinin 100 illiyində verilməsi də ermənilərin bu yöndən illuziyaya qapılmasının qarşısını aldı.

Tarix
2021.06.15 / 23:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla