Yuxarı

Bu səbəbdən Kanal İstanbula ehtiyac var - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu səbəbdən Kanal İstanbula ehtiyac var - Nazir

Kanal İstanbul Türkiyənin dünya ticarətinə təsirini artıracaq və ölkəni dünya iqtisadiyyatında lider səviyyəsinə qaldıracaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu söyləyib.

Layihənin təməlinin bu il iyunun 26-da atılacağını xatırladan nazir Kanal İstanbulun dünyada və Türkiyədə baş verən texnoloji və iqtisadi inkişaf, dəyişən iqtisadi istiqamətlər, eləcə də ölkənin nəqliyyat layihələri ilə bağlı artan ehtiyaclarından ortaya çıxan zərurət olduğunu bildirib:

“1930-cu illərdə İstanbul boğazından keçən gəmi sayı üç min idi. Hazırda təhlükəsiz keçid üçün illik müəyyən edilən rəqəmin 25 min olmasına baxmayaraq, bu rəqəm il ərzində təxminən 43 minədək çıxır. 2050-ci ilə kimi bu rəqəmin 78 minə qədər çıxacağı ehtimal edilir. Bundan başqa, hər il inkişaf edən gəmilərin istər sərnişin, istərsə də yükdaşıma gücü artmaqdadır. İstanbul boğazındaki kəskin dönüşlər, sərt axıntılar və 54 limanda gündə 500 min sərnişin daşıyan şəhərdaxili gəmilər var ki, bu da boğazda gəmi sıxlığı yaradır”.

Layihənin ərsəyə gəlməsində 204 mütəxəssisin fəaliyyət göstərəcəyini bildirən nazir kanalın uzunluğunun 45 kilometr, əsas genişliyinin 275 metr olacağını bildirib.

Adil Qaraismayıloğlu Kanal İstanbulun Türkiyə ilə yanaşı, Türkiyə boğazlarından istifadə edən bütün ölkələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Tarix
2021.06.25 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla