Yuxarı

XİN-də dəyişikliyin səbəbi – Politoloq açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin payızında Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra dövlətimizin qarşısında yeni reallıqlar yarandı. Bu isə bir sıra sahələrdə dəyişikliklərin və islahatların həyata keçirilməsi zərurətini doğurdu.

Bunu Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq dövlətin ən önəmli orqanlarından biri olan Xarici İşlər Nazirliyi strukturunda dəyişiklik və islahatların aparılmasının xüsusi önəm kəsb etdiyini bildirdi:

“Bütün bu proseslərdə xarici siyasətin formalaşdırılmasında və ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasında əsas rol oynayan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdəki diplomatik nümayəndəliklərdə islahatların aparılması vacib amillərdən biridir. Elmar Məmmədyarovun istefaya göndərilməsindən və Ceyhun Bayramovun nazir təyin edilməsindən sonra diplomatların yerdəyişməsi müzakirə predmeti idi. Lakin müharibə dövrü, postmüharibə dövrü və onun çağırışları prosesi bir qədər uzatdı. Nəhayət, son vaxtlarda biz bir sıra vacib təşkilatlarda və ölkələrdə nümayəndələrin dəyişdirilməsinin şahidi oluruq. Yeri dəyişən diplomatlar bu dəfə fərqli ölkələrdə öz fəaliyyətlərini davam etdirəcəklər. Sərgilədikləri passivlik səbəbindən geri çağırıldıqdan sonra heç bir yerə göndərilməyən bəzi diplomatların aqibəti isə digər diplomatlar üçün dərs olmalıdır”.

Mütəxəssisin sözlərinə görə, bir sıra diplomatik nümayəndəliklərimizdə, diaspor təşkilatlarında passivlik davam edir və aparılan islahatlarla bu kimi neqativ hallar zamanla öz həllini tapacaq:

“Düşünürəm ki, Xarici İşlər Nazirliyində bundan sonra da islahatlar davam etdiriləcək. Təəssüf ki, hələ də bəzi ölkələrdə passiv fəaliyyət göstərən diplomatlar qalmamaqdadır. Onları zamanla daha məsuliyyətli və aktiv şəxslər əvəz edəcəkdir. Bugün Azərbaycan Prezidentinin apardığı informasiya müharibəsi və informasiya siyasətində diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız xüsusi yer tutur. Bəzən biz səfirlərlə yerli diaspor təşkilatları arasında anlaşmazlıqların, münaqişələrin olduğunun şahidi olurduq. Bu gün belə neqativ hallar yenə də var. Təbii ki, bunlara son qoyulmalı, Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklər və diaspor təşkilatları koordinasiyalı şəkildə birgə fəaliyyət göstərməlidirlər”.

Zaur Məmmədov bundan sonra diplomatiyamızın önündə duran ən mühüm vəzifələrin Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsi və ermənilərin hər cür siyasi təxribatlarının qarşısının alınması olduğunu qeyd edib:

“Qalib ölkə olaraq bundan sonra yenidən güclənən hücum diplomatiyamız dövlətimizin mövqeyinin və xarici ölkələrlə əməkdaşlığın güclənməsinə, bununla bərabər siyasi sahədə erməni təxribatlarının qarşısının alınmasına istiqamətlənməlidir”.

Tarix
2021.07.27 / 12:57
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla