Yuxarı

FHN-çilər Türkiyədə yanğınla belə mübarizə aparır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-çilər Türkiyədə yanğınla belə mübarizə aparır - Video

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Axar.az FHN-ə istinadən xəbər verir ki, bu gün ərzində nazirliyin qüvvələri tərəfindən helikopterin tətbiqi ilə Fəthiyə istiqamətində 5-7 hektar ərazidəki yanğın söndürülüb. Digər istiqamətlərdə yanğınların söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir.

Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda Marmaris bölgəsindədir. E.Mirzəyev yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib. Daha sonra Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, atılacaq növbəti addımlar müzakirə olunub.

Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz yanğınlarla mətinliklə mübarizə aparırlar.

Tarix
2021.08.02 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla