Yuxarı

Sənan Abdullayev və İlqar Atayev həbs olunub - Prokurorluq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sənan Abdullayev və İlqar Atayev həbs olunub - Prokurorluq

10 avqust 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə haqqında cinayət işi başladılan Sənan Abdullayev və İlqar Atayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittihamı elan edilib. S.Abdullayev və İ.Atayev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində 11 avqust 2021-ci il tarixdə məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İstintaq İdarəsində iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Sənan Abdullayev 24 dekabr 2012-ci il tarixdə Yutub üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girib. 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yayıb. Həmin video çarxların Yutubdan silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb ediblər.

Hər iki şəxs 10 avqust 2021-ci ildə saxlanılmışdı.

Tarix
2021.09.08 / 16:24
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Məcburi köçkünlərin diqqətinə: Müasir model...

Qəbələdə bunu göstərdik - Ərdoğan

Xorvatiya parlamentinin sədri Azərbaycana gəldi

İlham Əliyevin Zirvə Görüşü ilə bağlı paylaşımı - Video

Əliyevdən türk dünyasını qlobal gücə çevirəcək təklif...

Tahir İmanov ilk dəfə qardaşının vəfatından danışdı - Video

Qəbələdə Zirvə Görüşü: Prezident çıxış etdi - Foto

Rusiyadan Azərbaycanla bağlı iddia: Bizsiz mümkün deyil

TDT-nin bayrağı kosmosa göndəriləcək

26 il Rusiya üçün Qarabağda status-kvonu saxladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla