
Xorvatiya parlamentinin sədri Azərbaycana gəldi
21:48
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Respublika ərazisində magistral yolların nişanlanması həyata keçiriləcək.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Yerüstü Nəqliyyat Agentliyi (AYNA) STP-BTECH MMC ilə 11 milyon 465 min 232 manat və 33 milyon 549 min 225 manat dəyərində iki müqavilə imzalayıb.
Sözügedən işlərin icrasına hər iki müqavilə üzrə müvafiq olaraq ötən ayın 12-i və 17-də start verilib, gələn ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur.
Onu da bildirək ki, STP-BTECH MMC ötən ilin aprelində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2,4 milyon manat olan şirkətin qanuni təmsilçisi Əmrə Yalçındır.
Tarix
2025.10.07 / 19:42
|
Müəllif
Axar.az
|