Yuxarı

Rusiyadan Azərbaycanla bağlı iddia: Bizsiz mümkün deyil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan Azərbaycanla bağlı iddia: Bizsiz mümkün deyil

Moskva hazırda Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların olmamasından razıdır, amma “Tramp yolu” ilə bağlı bəzi suallar var.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

“Tramp yolu” planının həyata keçirilməsinin asan olacağını düşünmürəm. Xüsusilə də Tramp administrasiyasının regiondan minlərlə kilometr uzaqda yerləşdiyini nəzərə alsaq, çoxlu suallar yaranır. Rusiya, Türkiyə və İran - hamısı buradadır. Ona görə də bu yol sülh, əməkdaşlıq yolu olmalı və Ermənistan və Azərbaycan da daxil olmaqla, bütün tərəflərə fayda verməlidir”, - Cabarov qeyd edib.

Rusiyalı deputat bildirib ki, gələcək nəqliyyat arteriyası bütün tərəflər - həm Ermənistan, həm də Azərbaycan üçün faydalı olmalıdır:

“Bu, bir ölkənin hesabına digərinin xeyrinə olan yol olmamalıdır. Bütün tərəflərin faydalanmasını təmin etmək üçün maraqlar balansı axtarılmalıdır”.

Cabarovun iddiasına görə, Cənubi Qafqazda sabitliyin təmin edilməsində Rusiyanın rolu “əsas” olaraq qalır:

“Rusiyanın iştirakı olmadan Ermənistanla Azərbaycan arasında bütün problemləri tam həll etmək mümkün olmayacaq. Rusiya sabit Cənubi Qafqazda və həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətlərində maraqlı ölkə olub və belə də qalır. Bu yol üçüncü ölkələrin maraqlarına deyil, bu ölkələrin inkişafına xidmət etməlidir”.

Tarix
2025.10.07 / 20:16
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla