Yuxarı

DYP sürücü və piyadalara müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP sürücü və piyadalara müraciət etdi

Oktyabrın 8-də ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edir.

Axar.az xəbər verir ki, İdarənin müraciətində deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçsə də, gündüz bəzi yerlərdə çiskinli yağış və duman müşahidə oluna bilər. Azərbaycanın şərq rayonlarında da oxşar hava şəraiti proqnozlaşdırılır. Görünmənin məhdudlaşacağı ehtimalı var.

Belə hava şəraitində yol hərəkətində diqqətin artırılması, sürət həddinin azaldılması, ara məsafəsinin gözlənilməsi və işıq cihazlarının işlək vəziyyətdə saxlanması xüsusi əhəmiyyət daşıyır. Duman və çiskin zamanı uzaq işıqlar əvəzinə yaxın işıqlardan istifadə olunması, həmçinin avtomobilin texniki göstəricilərinin (təkərlər, əyləc sistemi və s.) yoxlanılması tövsiyə edilir.

Piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, hava şəraiti ilə əlaqədar gecə vaxtı açıq və ya işıqqaytarıcı elementli geyimlərdən istifadə etsinlər.

Unutmayın: yolda hər bir hərəkət məsuliyyət tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara əməl edin".

Tarix
2025.10.07 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Qəbələdə Zirvə Görüşü: Prezident çıxış etdi - Foto

Rusiyadan Azərbaycanla bağlı iddia: Bizsiz mümkün deyil

TDT-nin bayrağı kosmosa göndəriləcək

26 il Rusiya üçün Qarabağda status-kvonu saxladıq

TDT-nin Qəbələ Bəyannaməsi qəbul edildi

Azərbaycanla bağlı bu paylaşımlar yalandır! – Türkiyə

Şimali Kipr Türk dünyasının ayrılmaz hissəsidir

Qəbələdə qardaşlıq ortamı... - Foto

Bu gün burada Avropada olmayan dəyərləri gördüm

Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla