Yuxarı

Pandemiyadan ziyan görmüş şirkətlərə dəstək - Qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiyadan ziyan görmüş şirkətlərə dəstək - Qərar

Nazirlər Kabineti “Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərara dəyişiklik edib.

Axar.az xəbər verir ki, bu qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzlayıb.

"Pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na edilən dəyişikliyə əsasən, ərzaqlıq buğda təchizatçılarına münasibətdə kredit üzrə güzəşt müddəti 12 aydan 24 ayadək artırılıb.

Faiz subsidiyası dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil olunur. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitlərindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.

Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı;

- kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

- kreditin müddəti 3 ildən çox olmamalı;

- kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalı;

- bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı.

Tarix
2021.09.13 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

Diplomatlar Laçında sədərdədir

Diplomatlar Şuşada bu məkanlarda oldu - Video

Azərbaycana qarşı kampaniyalar bu ölkələrdən aparılır...

Arakçı Pezeşkiana xəyanət edir? – İranda böhran

Xankəndidəki işlər Ukrayna üçün nümunədir - Qusev

Diplomatlar Şuşada yallı getdilər - Video

Nazir onu İdarə Heyətinə yeni sədr təyin etdi

Ermənistana gedən Leyen və Kostaya açıq məktub...

Ölkədə gömrük rüsumları ilə bağlı - Yeni qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla