Yuxarı

Pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb - Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb - Əliyev

Pandemiya bütün dünya üçün böyük problem olmaqda davam edir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxışı zamanı deyib.

"Dövlət əvvəldən əhalini qorumaq və pandemiyanın mənfi nəticələrini minimuma endirmək üçün addımlar atdı", - İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycanda yanvarın ortalarından etibarən peyvənd kampaniyasına başlayıb. İlham Əliyev pandemiya ilə bağlı vəziyyətin nəzarətə götürüldüyünü və karantin rejimi qaydalarının tədricən yumşaldıldığını əlavə edib.

Dövlət başçısı Azərbaycanın pandemiya ilə mübarizədə göstərdiyi səylərin beynəlxalq səviyyədə tanındığını qeyd edib və ölkənin bununla bağlı bütrün tədbirləri özünün maliyyə imkanlarıə hesabına həyata keçirdiyini vurğulayıb.

"Pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ayırdıq və 30-dan çox ölkəyə humanitar yardım göndərdik", - Prezident deyib.

Tarix
2021.09.24 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla