Axar.az
Yuxarı

İrəvan Qafqazın “Qəzza zolağı”dır – İsrailli politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az israilli hüquq elmləri doktoru, beynəlxalq münasibətlər üzrə ekspert Mixail Finkel ilə müsahibəni təqdim edir:

- Bir neçə gün öncə Qarabağ dağlarında hələ də gizlənən erməni quldur birləşmələrinin üzvləri növbəti təxribata əl atdılar və nəticədə Azərbaycan əsgəri həlak oldu. Dünən isə Bakı beş erməni təxribatçısını Ermənistan tərəfinə təhvil verdi. Bakı bütün dünyaya xoş niyyətini göstərir, İrəvan isə təxribatları davam etdirir... Bunu necə şərh edə bilərsiniz?

- Sözsüz ki, Bakı ilə İrəvan arasında Moskvanın vasitəçiliyi ilə noyabrda imzalanmış saziş bu gün Ermənistan tərəfindən ən kobud şəkildə pozulur. Bu, şübhəsiz ki, beynəlxalq hüquq baxımından terrorizm kimi xarakterizə olunmalıdır. Çünki, birincisi, sazişlər pozulur. İkincisi, bu provokasiyalar nəyəsə cavab olaraq edilmir. Azərbaycan tərəfi erməniləri heç vaxt təxribata təhrik etməyib. Üçüncüsü də biz bilirik ki, Ermənistanda azərbaycanlıları öldürməyə qalxanlar buna görə mühakimə olunmayacaqlar. Ermənistan Rusiya sülhməramlılarına sözün əsl mənasında quyu qazır, onların arxasında gizlənib Azərbaycan əsgərinə atəş açır. Bu, qəbulolunmazdır və Kremldə bunu çox gözəl anlayırlar.

Azərbaycanın erməni tərəfinə beş terrorçunu qaytarması yalnız rəsmi Bakının xoş niyyətindən xəbər verir. Azərbaycan sülh istəyir və bu istiqamətdə inamla irəliləyir. Yaxın günlərdə Kreml İrəvanı bu istiqamətdə əməli addımlar atmağa məcbur edəcək.

- İsrail və Azərbaycanın yaxın perspektivdə əməkdaşlığını necə görürsünüz?

- Azərbaycan və İsrail sözün əsl mənasında qardaş ölkələrdir. Sadəcə, dost və ya müttəfiq yox, məhz qardaş. Biz çox gözəl bilirik ki, Azərbaycan ərazisində tarix boyu heç bir yəhudi soyqırımı olmayıb. Biz Xəzər Xaqanlığının şanlı tarixini də xatırlayırıq. Harda ki, yəhudilər və azərbaycanlılar bir yerdə ümumi imperiya yaratmışdılar.

Əgər bu bizim keçmişimizdirsə, indiki zamanda baş verənləri də görürük – bu, bütün sahələrdə əməkdaşlıqdır: biznes, hərbi, kəşfiyyat, beynəlxalq terrorizmə qarşı mübarizə, elm... Bütün cəbhələrdə bu əməkdaşlıq ancaq dərinləşir. İsrail şirkətləri azad edilmiş Azərbaycan ərazilərinin quruculuğunda iştirak edəcəklər.

Monetar, pul maraqlarından savayı, ölkələrimiz arasında ekzistensial maraq var. Çünki biz ümumi düşmənlərə və ümumi maraqlara qarşı çiyin-çiyinə dayanırıq.

- Cənubi Qafqazı 2-3 ildən sonra necə görürsünüz? Nə dəyişəcək və qüvvələr necə paylanacaq?

- 2024-cü ilə qədər Cənubi Qafqaz regionunun ən güclü dövləti məhz Azərbaycan olacaq. Prinsipcə, bu artıq belədir. Müdrik strateq İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın artıq dünyanın ən güclü ölkələrindən birinə çevrildiyini görməmək üçün kor olmaq lazımdır.

2-3 ildən sonra Azərbaycan iqtisadiyyatında böyük artım gözlənilir. Ölkə daha da zəngin olacaq.

Bu müddətdə Ermənistanda sırf mənfi proseslər baş qaldıracaq. Ermənistan daha da zəifləyəcək. Ermənistandan əhali axını bu ölkə üçün çox mənfi nəticələrə səbəb olacaq. Ermənistan artıq indi “kabus dövlətə” çevrilir. Ernənistan Qafqazın “Qəzza zolağı”dır – terrorçuların da olduğu bir yer.

Tarix
2021.10.21 / 13:38
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Qarabağda məhv edilən “çoban” əslində kimdir?

Nazir Mixail Qusmanı təltif etdi

Xudaverdiyevə yüksək vəzifə verildi

Agentlik QHT-lər üçün müsabiqə elan etdi

Helikopter qəzasında həlak olanlara şəhid statusu verildi

Mirzoyan Şmidlə MQ-dən danışdı

Heydər Əliyev Fondu ilə UNİSEF arasında memorandum

Nazirlər Kabinetindən bu şirkətlə bağlı - Qərar

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Türk "Hürkuş"ları Bakıda havaya qalxdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla