Yuxarı

Alimlər qorxuda: Kosmosdan gələn sirli siqnal - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər qorxuda: Kosmosdan gələn sirli siqnal - Video

Yaponiyalı alimlər bir ay əvvəl kosmosdakı sirli siqnalı yenidən müşahidə ediblər. Hər kəs 4 saniyə ərzində müşahidə edilən siqnalın nə olduğu ilə maraqlanır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, siqnalın yadplanetlilərə məxsus olması ehtimalı insanları qorxutmağa başlayıb.

Kyoto Universitetindən Ko Arimatsunun rəhbərlik etdiyi bir qrup oktyabrın 15-də Yupiterin üzərində təxminən dörd saniyə ərzində görünən sirli parlaq işığın görüntülərini yayımlayıb.

Yupiterin şimal mülayim qurşağının cənub kənarına yaxın şimal tropik bölgəsində görünən parlaq işığın son bir ildə müəyyən fasilələrlə doqquz dəfə müşahidə edildiyi bildirilib.

“Biz tarixdə ilk dəfə olaraq oktyabrın 15-də saat 22:24-də kiçik bir obyektin Yupiterin səthi ilə toqquşması zamanı işığın parıldamasını müşahidə edə bildik”, - deyə tədqiqatçılar Tvitter-də yazıblar.

İşıq şüası haqqında məlumatlar ilk dəfə “Sky and Telescope” tərəfindən açıqlanıb.

Hər il onlarla, bəlkə də yüzlərlə asteroid Yupiterin səthinə düşür. Çünki nəhəng planet bu cür obyektlərin Yerə dəyməsinin qarşısını almaq üçün maneə rolunu oynayır.

Tarix
2021.10.23 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla