Yuxarı

Ərbaş Şuşada: Bundan sonra da belə olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərbaş Şuşada: Bundan sonra da belə olacaq

Biz Azərbaycanın tarixi Zəfərindən sonra könül rahatlığı ilə Şuşadayıq. Böyük Zəfərdən sonra Şuşaya gələrək burada namazımızı birlikdə qıldıq. Şuşa Zəfərini bizə yaşadan cənabı Haqqa sonsuz şükür edirik.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Şuşada səfərdə olan Türkiyənin Diyanət İşləri sədri Əli Ərbaş söyləyib.

“Azərbaycan dövlətinin, Ordusunun şücaəti ilə Qələbə qazandığımız üçün Allaha şükür edirik”, - deyən sədr Azərbaycan-Türkiyə əməkdaşlığının hər sahədə özünü göstərdiyini və bundan sonra da belə davam edəcəyini vurğulayıb.

“Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə iştirak etdilər.

Biz də onlardan sonra ilk dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə ilə Füzuli Beynəlxalq Hava Limanına eniş etdik. Bu, bizim üçün də həqiqətən böyük bir şükür vəsiləsidir. Şuşaya isə avtomobil yolu ilə gəldik. Burada təmir olunan məscidləri də ziyarət etdik. Bu gün Şuşada möhtəşəm məsciddə günorta namazını qıldıq. İnşallah, səfər çərçivəsində burada olan bəzi yerləri də ziyarət edəcəyik.

Azərbaycan və Türkiyə xalqlarına dua edirik. Allah birliyimizi, bərabərliyimizi daimi etsin!", - deyə Ə.Ərbaş fikrini yekunlaşdırıb.

Tarix
2021.10.27 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla