Yuxarı

Kreml üçün 3 fəlakətli plan: Rusiya belə çökəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml üçün 3 fəlakətli plan: Rusiya belə çökəcək

Qərbin sanksiyaları Rusiya dövlətçiliyi üçün təhlükə mənbəyidir.

Axar.az xəbər verir ki, bu sözləri "Tha Question" qəzetinə müsahibəsində Karnegi Fondunun iqtisadi proqramlar üzrə rəhbəri Andrey Movçan söyləyib. Onun sözlərinə görə, Rusiya üçün nəzərdə tutulan 4 inkişaf ssenarisindən 3-ü fəlakətlidir:

"Birinci ssenariyə əsasən, neftin qiyməti 90-100 dollara qədər qalxmalıdır. Bu az inandırıcı məsələlərdəndir. Hadisə belə inkişaf etsə, o zaman Rusiya iqtisadiyyatında yenidən yüksəlmə gedəcək. İkinci ssenari isə neftin qiymətinin daha da ucuzlaşmasıdır. Belə olan halda Rusiyanın rezervləri 4-5 il ərzində bitəcək. Nəticədə ölkə fəlakətin bir addımlığında olacaq. Moskva öz xarici siyasətini dəyişdirib, Qərbdə yeni kapital axtarışına çıxacaq. Bununla da Qərb sanksiyalarını geri götürəcək, Ukrayna ilə müqavilə imzalanacaq. Rusiya 90-cı illərin əvvəllərindəki proseslərə geri qayıdacaq. Üçüncü variant isə neftin qiymətinin ucuzlaşması fonunda Moskvanın üzünü Çinə tərəf çevirməsidir. Nəticədə Kreml faktiki olaraq Çindən asılı vəziyyətə düşəcək. Çin Qərb və Ukrayna ilə danışıqları öz üzərinə götürəcək. Sanksiyalar ləğv ediləcək və Rusiya müstəqil siyasətini itirəcək. Ola bilsin ki, ölkə öz daxili siyasətdə də Pekindən asılı vəziyyətə düşsün. Dördüncü variant isə neftin qiymətinin ucuzlaşmasından sonra Rusiyanın daxili siyasətində sola meyilliliyin artmasıdır. Nəticədə ölkə sənayəsi tam şəkildə milliləşdiriləcək. Bu, əhalinin güzaranının qurban verilməsilə iqtisadiyyatın balanlaşdırılmasına səbəb olacaq. Nəticədə xarici siyasət dəyişməyəcək və sanksiyalar qüvvəsində qalacaq. Bu, ssenarilərin hər birinin öz nəticələri olacaq. Bunların hər biri Rusiya dövlətçiliyi üçün fəlakətə çevrilə bilər".

Tarix
2015.08.01 / 17:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla