Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
01:55
| Ana səhifə Gündəm |
|
Yaponiya Vaşinqtondan ABŞ kəşfiyyatının Baş nazir Sindzo Abe və bir neçə böyük korporasiyaları dinləməsinə aydınlıq gətirməsini istəyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa söyləyib. Onun sözlərinə görə, əgər deyilənlər həqiqətdirsə, o zaman bu, ABŞ-ın öz müttəfiqinə qarşı yol verdiyi təhqirdir.
Qeyd edək ki, bir müddət öncə "Vikiliks" ("WikiLeaks") saytı ABŞ kəşfiyyatının 2006-cı ildən Yaponiyanın Nazirlər Kabinetini və bir sıra böyük korporasiyalarını dinlədiyi haqqında informasiya yaymışdı.
|
Tarix
2015.08.03 / 18:56
|
Müəllif
İlkin Həsənov
|