Yuxarı

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

ABŞ-ın "SIG SAUER" və “Lokhid Martin” (Lockheed Martin) kimi nüfuzlu şirkətləri ADEX 2026-da debüt edəcək.

Axar.az xəbər verir ki, bu barədə ADEX 2026 təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkətin ADEX 2026-da iştirakını təsdiqləməsi sərgiyə olan beynəlxalq marağı aydın şəkildə ortaya qoyur.

Böyük Britaniya və Almaniya ilk dəfə olaraq ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulacaq.

Almaniyanı sərgidə nüfuzlu "Rheinmetall" şirkəti təmsil edəcək. Bütün bunlar ADEX-in beynəlxalq iştirak coğrafiyasının və nüfuzlu tərəfdaşlar dairəsinin genişlənməsinin bariz göstəricisidir". Türkiyədən ADEX 2026-nın Baş sponsoru qismində çıxış edən "ROKETSAN", həmçinin "ASELSAN Elektronik San. ve Tic. A.Ş.", "BAYKAR", "Turkish Aerospace Industries" (TAI) və "HAVELSAN Elektronik San. ve Tic. A.Ş.", İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "EDGE Group" və İspaniyadan "INDRA" ADEX-in ənənəvi beynəlxalq iştirakçıları arasında yer alır.

Fərdi şirkətlərlə yanaşı, bir sıra ölkələr ADEX 2026-da milli qruplar şəklində iştirak edəcəklər.

Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi, bu il də milli ekspozisiyalarla təmsil olunaraq müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.

Qeyd edək ki, Müdafiə sənayesi sahəsinin ən mötəbər beynəlxalq tədbiri, Qafqaz regionunun bu sahə üzrə ən böyük ixtisaslaşmış sərgisi və hərbi-texniki əməkdaşlığın əsas platformalarından olan ADEX – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Təşkil olunduğu ilk illərdən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin ADEX-i ziyarət edərək yaxından tanış olması, tədbirin iştirakçıları və qonaqlarına salamlama məktubu ünvanlaması sərgiyə dövlət səviyyəsində yüksək diqqətin təzahürüdür. Bu, sərgiyə böyük etimadı nümayiş etdirməklə yanaşı, onun Azərbaycanın beynəlxalq nüfuza malik milli brendi statusunu təsdiqləyir. ADEX Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Tarix
2026.08.26 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla