Yuxarı

Daha bir İcra Hakimiyyətinə qadın müavin gəldi - Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcra Hakimiyyətinə yeni təyinatla bağlı xəbər bu dəfə Mingəçevirdən gəlib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı olan Məhluqə Əbil qızı Cavadova başçının müavini təyin edilib. Bu barədə "Axar.az"a İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sahib Əliyev məlumat verib.

1965-ci il təvəllüdlü M.Cavadova müavin olaraq həm də şəhər təsərrüfatı şöbəsinə rəhbərlik edəcək. Buna qədər isə o, İcra Hakimiyyətində informasiya sektorunun müdiri işləyib.

Ali təhsilini Rusiyada alan M.Cavadova ixtisasca mühəndis-mexanikdir. Əvvəllər Mingəçevir Statistika İdarəsində, Şəhər Bələdiyyəsində işləyib. 2007-ci ildən isə İcra Hakimiyyətində çalışmağa başlayıb. Subaydır.

Xatırladaq ki, rayon İcra Hakimiyyəti başçılarının müavinlərinin qadın mütəxəssis olması barədə Prezident Administrasiyasından tapşırıq verilib. Artıq paytaxtda, eləcə də bir sıra regionlarda yeni təyinatlar baş tutub.

Tarix
2014.01.09 / 19:15
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla