Yuxarı

Helikopter necə qəzaya uğrayıb? - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Helikopter necə qəzaya uğrayıb? - General

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətinə uçuş edib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar noyabrın 30-da təşkil olunan brifinqdə məlumat verib.

Qəza nəticəsində 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbi qulluqçumuzun yaralandığını xatırladan DSX rəisi bildirib:

“Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”.

E.Quliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara şəhid statusunun verilməsini nəzərdə tutur.

Tarix
2021.11.30 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla