Yuxarı

Hansı sahibkarlara dəstək göstəriləcək? - Fərman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı sahibkarlara dəstək göstəriləcək? - Fərman

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nda dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həyata keçirir.

Axar.az xəbər verir ki, bu qayda ilə müəyyən edilmiş dəstək tədbirlərinin maliyyələşdirilməsi mənbələri bunlardır:

1. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsait;

2. Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsait;

3. qrantlar, ianələr, texniki və maliyyə yardımları;

4. sahibkarlıq subyektlərinin sosial məsuliyyət çərçivəsində ayırdıqları vəsait;

5. qanunla qadağan edilməyən digər mənbələr.

Bundan başqa, KOBİA həmin dəstək tədbirlərində iştirak edəcək sahibkarları məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması, məhsulun idxalı əvəzləmək potensialı, məhsulun, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi, sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması meyarlarına görə seçəcək.

Bu Qaydada nəzərdə tutulmuş dəstək məbləğinin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Tarix
2021.12.01 / 20:39
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla