Yuxarı

İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan Moskvada danışıqları pozdu: cəsarəti hardan alır? - Video

Dekabrın 1-də üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb: Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmlara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək.

Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə görüşdə razılaşmanın olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan müqaviləyə Ermənistan üçün qəbuledilməz olan “dəhliz” məsələsini daxil etməyə çalışır.

Qriqoryanın sözlərindən iki nəticə çıxır:

1. İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir;

2. Rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir: Zəngəzur dəhlizini rəsmiləşdirir.

İrəvan bununla təkcə Bakı yox, Moskvaya qarşı da çıxır. Çünki Soçi görüşündə iki nəticə əldə edildi:

- sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması: bu, yekun bəyanata daxil edilib;

- kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması: bu, yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupunun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu.

Putinin çıxışında “dəhliz” ifadəsinə istinad etməsi və “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” açıqlaması deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub. Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun çıxış etməsi idi.

İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub. Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq. Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir: 10 dekabrda Baydenin “demokratik sammiti”nə Ermənistan da dəvət edilib; 15 dekabrda Brüsseldə Avropa İttifaqının quracağı masa var.

Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada “yox” deyə bilir. Və bu proses Əliyevin Soçidə verdiyi mesajın – regionda təhlükəsizlik razılaşmaların nəticələrinin icrasından asılıdır – praktiki tətbiqinə zərurət yarada bilər.

Tarix
2021.12.03 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla