Yuxarı

İTV-nin Yayım Şurasına yeni namizədlər müəyyənləşdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İTV-nin Yayım Şurasına yeni namizədlər müəyyənləşdi

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər müəyyənləşib.

Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi"ndə öz əksini tapıb.

Sənədə əsasən, Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimovanın namizədliyi irəli sürülüb.

Dini konfessiyalar tərəfindən isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov namizəd kimi təqdim edilib.

Sənədə əsasən, Yayım Şurasında yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.

Qeyd edək ki, hazırda Yayım Şurasının sədri filologiya üzrə elmlər doktoru, akademik Teymur Kərimlidir. Şuranın üzvləri Həsən Cəfərov (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası), Azər Əliyev (gənclər təşkilatları), Azər Həsrət (Mətbuat Şurası), Vüqar Zeynalov (Sahibkarlar Şurası), Yusif Babanlı (idman federasiyaları), Salman Musayev (dini konfessiyalar), Sevil Yusifova (qadın cəmiyyətləri), Zemfira Qafarovadır (yaradıcılıq təşkilatları).

Yayım Şurasının üzvlərinin səlahiyyət müddəti 6 ildir.

Tarix
2026.01.19 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla