Yuxarı

Özbəkistandan Duginə sərt reaksiya: Boş-boş danışığınız...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbəkistandan Duginə sərt reaksiya: Boş-boş danışığınız...

Özbəkistan parlamentinin üzvü Şahnaz Xolməhmətova Aleksandr Duginin ölkənin suverenliyi ilə bağlı mübahisəli açıqlamalarına cavab olaraq sərt bəyanat verib.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

“Aleksandr Dugin, Özbəkistanın suverenliyinə qəsd etməyin. Ölkəmizin müstəqilliyi haqqında boş-boş danışığınız yalnız sizin probleminizdir. Bu məsələ sizin və ya sizin kimi birinin müzakirə mövzusu deyil. Özbəkistan heç vaxt heç kimin nəzarət zonası olmayacaq və heç kimin təsdiqinə ehtiyac duymur. Biz əməkdaşlığa açığıq, amma bu, yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında mümkündür. Mən Özbəkistan vətəndaşıyam. Mən qadınam. Mən anayam. Xalqın nümayəndəsiyəm, xalqımın bir parçasıyam. Və birbaşa bəyan edirəm: suverenliyimizə qarşı aqressiv hücumlar olarsa, yalnız bir cavab olacaq: daşlarınızı yığın (“daşlarınızı yığın” ifadəsi Müqəddəs Kitabdakı “daşları atmağın öz vaxtı və daşları bir yerə yığmağın öz vaxtı var” ifadəsinə istinaddır. Bu kontekstdə ifadə bunu tələb edir: çıxın və müdaxiləni dayandırın)”, - o bildirib.

Qeyd edək ki, rusiyalı filosof Aleksandr Dugin bildirmişdi ki, suveren Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan "mövcud olmamalıdır".

Tarix
2026.01.19 / 13:39
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla