Yuxarı

Laçın dəhlizini nəzarətə götürmək lazımdır, əks halda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçın dəhlizini nəzarətə götürmək lazımdır, əks halda...

13:24

Azərbaycan Prezidenti ötən həftə Brüsseldə demişdi ki, Zəngəzurda dəhliz olmayacaqsa, Laçında da olmayacaq və Azərbaycan sərhəd, gömrük xidməti sərhədin Laçın istiqamətində yerləşəcək. Bu gün də xəbər yayılıb ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres Laçın dəhlizi üzərindən Qarabağa qanunsuz səfər edib. Rusiyalı hərbçilər Laçın dəhlizindən kimi gəldi buraxırlar, veclərinə də deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Valeri Pekresi arzuolunmaz şəxs elan edə bilər:

"Ancaq bu çıxış yolu deyil. Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, Valeri Pekres kimi şəxslər Azərbaycanın icazəsi almadan ərazimizə daxil olub, erməni separatçılarla görüşə bilməsinlər. Əks halda Laçın dəhlizi başımızı hələ çox ağrıdacaq.

Fransa prezidentliyinə namizədin ardınca amerikalı konqresmenlər, rusiyalı deputatlar və daha kimlər Azərbaycana qanunsuz daxil olacaqlar. Elə ermənilərin də məqsədi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara dəftərindəki” isimlərin sayı artsın və bununla müxtəlif dövlətlərlə münasibətlərdə gərginliklər yaşayaq. Birdən həmin o Pekres Fransa prezidenti seçildi, rəsmi Bakı onun legitimliyini tanımayacaqmı və Fransa ilə münasibətlərə son qoyacaqmı? Elə ermənilər də bunu arzulayır. Odur ki, bizim bir nömrəli vəzifəmiz Laçın dəhlizini nəzarətə almaq olmalıdır və bu, kommunikasiya xətlərinin açılmasından əvvəl baş verməlidir".

Tarix
2021.12.23 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla