Yuxarı

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

Türkiyə Zəngəzur dəhlizinin Azərbaycanın da istədiyi kimi reallaşacağını görməyi arzulayır.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.

O qeyd edib ki, bu dəhliz böyük strateji mənzərədə Orta Dəhliz, daha regional aspektdən isə Azərbaycanın digər bölgələrinin Naxçıvanla birləşməsi baxımından vacibdir:

"Türkiyənin artıq Orta Dəhliz üzərindən Türk dünyasına, Mərkəzi Asiyaya açılması faydalıdır. Bunun üzərində işləyirik. Ermənistan XİN başçısı ABŞ-da olanda bir sənəd yayımlandı və onlar bunu TRİPP adlandırırlar, biz isə Zəngəzur dəhlizi deyirik. Həmin sənədi çox analiz etdik. Həmin sənədlə bağlı azərbaycanlı həmkarım Ceyhun Bayramovla iki saata yaxın müzakirə apardıq, Azərbaycanın necə baxdığını öyrəndik. Çünki onların perspektivi önəmlidir. Prezidentimizə də bu barədə məlumat verdik".

H.Fidan vurğulayıb ki, Rəsmi Ankaranın məqsədi Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin imza yolu ilə yekunlaşmasını və iki ölkə arasında normallaşmanın həyata keçirilməsidir:

"Nəticədə yolumuza sabitlik və rifahla davam etmək istəyirik. Hazırda Azərbaycan, Ermənistan və Türkiyə siyasi liderliyində bu iradə var. Sadəcə Ermənistanın həyata keçirməli olduğu bir neçə məsələ var. Bu istiqamətdə Ermənistanda seçkilər var. Biz Nikol Paşinyanın seçki məsələsində öndə getdiyini görürük. Seçki önəmli mərhələdir. Paşinyanın oynadığı konstruktiv mövqeyi dəstəkləyirik".

Tarix
2026.01.15 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla