Yuxarı

Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb

Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakıətrafı kənd və qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan və fərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən, Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan, Hövsan qəsəbələrini əhatə edir.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə mövcud şəbəkələr düzgün istismar olunmur:

"Binəqədi rayonunun elə əraziləri var ki, orada məskunlaşan əhali primitiv şəbəkələrdən istifadə edir. Bununla yanaşı həmin şəbəkələr sakinlər tərəfindən düzgün istismar olunmur, xətlərə müxtəlif adlı məişət əşyaları atılır. Bütün bu kimi problemlərin qarşısının alınması məqsədilə, ümumilikdə iri şəhərlərin ərazilərində yeni, müasir tələblərə cavab verən tullantı su şəbəkələrinin qurulması məqəsədilə, konkret desək, su təchizatının tam şəkildə vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edəcək səviyyədə qurulması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı imzalanıb".

İlkin olaraq işlərə hansı ərazilərdən başlanacağı məsələsinə də aydınlıq gətirilib:

"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".

Qeyd edilib ki, yaşayış binalarında istismar müddəti sona çatan tullantı su xətləri mütəmadi olaraq yeniləri ilə əvəzlənir, Dövlət Proqramının tələblərinə uyğun olaraq bu işlər daha şaxəli və intensiv şəkil alacaq.

Tarix
2026.01.15 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla