Yuxarı

Bakı və Ankara Aİİ-yə üzv ola bilər? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Ankara Aİİ-yə üzv ola bilər? - Ekspert

Avrasiya İqtisadi İttifaqına Azərbaycan yalnız Türkiyə ilə birgə daxil ola bilər.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Rusiyanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistandan çox, Azərbaycanı görmək istəməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

“Türkiyənin Avrasiya İqtisadi İttifaqına daxil olması Azərbaycanı iqtisadi və siyası cəhətdən müdafiə edəcək və mümkün siyasi təzyiqləri neytrallaşdıracaq. Lakin Türkiyə Aİİ-yə daxil olmasa, o zaman Azərbaycanın təkbaşına bu quruma üzvlüyü əlavə problemlər yarada bilər və bizi iqtisadi-siyasi təzyiqlərlə üz-üzə qoyar. Əksinə, Türkiyə ilə Azərbaycanın bu birliyə birgə daxil olması türk ölkələrinin iqtisadi əlaqələrinin daha da güclənməsinə gətirib çıxarar”.

Politoloq bildirib ki, bütün hallarda Zəngəzur dəhlizinin açılması labüddür:

“Bu dəhliz iqtisadi əlaqələrin inkişafı üçün mühümdür. Eyni zamanda Ermənistanın iqtisadi baxımdan yeganə xilas yolu sərhədlərin açılmasıdır. Əgər Ermənistan iqtisadi baxımdan inkişaf etmək və regiondan təcrid olub səfalət içində yaşamaq istəmirsə, dəhlizlərin açılmasına həvəslə razı olmalıdır”.

Tarix
2021.12.29 / 09:07
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla