Yuxarı

Ərdoğanın Rusiyaya təklifi son cəhddir? - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Rusiyaya təklifi son cəhddir? - Professor

Hazırda Qara dəniz bölgəsində ciddi gərginlik var. Dünya böyük və dağıdıcı müharibə təhlükəsi ilə qarşı-qarşıyadır. Rəsmi Vaşinqton Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyini dünyaya bəyan edib. Bölgədə yenidən Ukrayna ilə bağlı bir gərginliyin meydana gəlməsi nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Çünki Türkiyə və Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var.

Bu sözləri Axar.az-a açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

“Müharibə olacağı təqdirdə baş verə biləcək hadisələrin miqyasını Ərdoğan və İlham Əliyev çox yaxşı bilir və analiz edirlər. Ona görə də Ərdoğan məsələ ilə bağlı əvvəllər də tərəflərə özünün vasitəçilik missiyasını təklif edib. Türkiyənin NATO-nun ən güclü ölkələrindən biri olması rəsmi Ankaranın sözügedən təklifinin əhəmiyyətini daha da artırır. Çünki tarixi baxımdan Türkiyə və Rusiya bir-birini çox yaxşı tanıyır, qırmızı xətləri bilir. İlham Əliyevin Ukraynaya səfəri, daha sonra Ərdoğanın Ukrayna məsələsini həm İlham Əliyev, həm də Putinlə müzakirə edəcəyini açıqlaması və İlham Əliyevlə Putin arasında baş tutan son telefon danışığı zamanı Ukraynanın müzakirə edilməsi tərəflər arasında münaqişənin həlli fonunda yeni mexanizm və formatlar haqqında müzakirələrin aparıldığını göstərir. Konkret olaraq Ərdoğanın Putin və Zelenskini Türkiyəyə dəvət etməsi isə mövcud gərginliyin azaldılmasına və diplomatik mexanizmlərin daha güclü formada işə salınmasına istiqamətlənmiş addımların davamıdır. Bu görüş təklifi gərginliyin azaldılması və problemlərin diplomatiya yolu ilə həlli üçün bəlkə də ən son fürsətlərdən biridir. Türkiyə tərəfindən irəli sürülən sözügedən görüş və vasitəçilik təşəbbüsünün uğurla nəticələnməsi tək rəsmi Ankaranın deyil, eyni zamanda Rusiya və Ukraynanın sərgiləyəcəyi mövqedən asılı olacaq. Bütün hallarda isə Ərdoğan öz təklifi ilə dünyada, eləcə də bölgədə sabitliyin bərqərar edilməsi üçün çox ciddi bir addım atmış oldu”, - T.İsmayıl bildirib.

Tarix
2022.01.19 / 15:44
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla